“Sumqayıtla Bakı arasına metrostansiya salınsın”
“Sumqayıtla Bakı arasına metrostansiya salınsın”.
bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Fəzail Ağamalı deyib.
Deputat təklif edib ki, eyni zamanda, Sədərək bazarı tərəf ən çox tıxac ola yerdir, ona görə də Lökbatan tərəfə də metro salınsın:
“Ümumiyyətlə Bakıda sıxlıq çox olan ərazilərə metrostansiyası salınsa, yaxşı olar”.
Deputat parklanma sahəsində problemləri də sadalayıb:
“İnsanlar iş yerinin qarşısında maşını saxlayır, parklanma qiymətləri onlar üçün çox olur. Yaxud xəstəxanın qarşısına gedirsən, avtomobili saxlayıb düşənə kimi cərimə olunursan. Olmazmı ki, xəstəxananın və digər müəssisələrin qarşısına avtomobil saxlanılması üçün 3 dəqiqə intervalında güzəşt tətbiq olunsun?”
APA