Siyasət 26 Dekabr 2023, 14:41 | Baxış sayı: 162
“Sərhədlərin müəyyənləşdirilməsi uzun prosesdir”

Ermənistan parlamentinin spikeri Simonyan ötən həftə parlamentdə çıxışı zamanı qeyd edib ki, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsindən sonra da aparıla bilər. Onun sözlərinə görə sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər, əgər tərəflər normallaşmada maraqlıdırlarsa, bunu sonraya da saxlaya bilərlər. 

Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan parlament nümayəndəsinin açıqlamasını şərh edib. 

Deputat bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi uzun prosesdir:

“Azərbaycan Gürcüstanla da indiyə qədər delimitasiya işlərini bitirməyib. Ermənistan əsas sazişi imzalamayıb, Simonyan ilin sonuna qədər bunun mümkünlüyünü deyirdi.  Ermənistan tərəfi həmişəki kimi yalanlarla beynəlxalq ictimaiyyətin fikrini səhv istiqamətə yönəldir, oyunlar oynayır. Çünki sazişi imzalamağa qorxur, sülh müqaviləsini imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaqlar və bununla ərazi iddialarına son qoymalıdırlar. 

Daha sonra kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi prosesi sürətlənə bilər. Amma Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımır, demək ki, hansısa iddiası var. Prosesi uzadır, gah Vaşinqtona, gah Brüsselə, gah da Moskvaya qaçır”.

demokrat.az

Xəbərlər