KOMİTƏ İCLASLARI 21 Sentyabr 2022, 12:42 | Baxış sayı: 165
"“Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq"

Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.

 

Pravda.az xəbər verir ki, bu təkliflə Elman Nəsirov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

 

O qeyd edib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar: “Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.

Xəbərlər