“Son dövrdə uşaq evlərində hər iki valideyni olan uşaqlar da var”
KOMİTƏ İCLASLARI
27 Aprel 2023, 17:11 | Baxış sayı:
235
“Son dövrdə uşaq evlərində nəinki valideynsiz, bir valideyni olan, hətta hər iki valideyni olan uşaqlar da var”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri xatırladıb ki, qardaş Türkiyədə uşaq evindən çıxanlar dövlət işində çalışmağa başlayır:
“Yəni, bu işi orada dövlət öz üzərinə götürüb. Biz də himayədar ailə modeli ilə çalışırıq ki, ailə özü bu məsuliyyəti daşısın və övladını böyütsün”