Qanun Layihələri 24 Oktyabr 2022, 12:00 | Baxış sayı: 205
"Son 30 ildə cəmiyyətdə baş verən dəyişiklik siyasi partiyalarla bağlı başqa yanaşmalar tələb edir"

“Son 30 ildə cəmiyyətdə baş verən dəyişiklik, siyasi səhnədəki fəaliyyət siyasi partiyalarla bağlı başqa yanaşmalar tələb edir”.

Bunu Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, deputat Sabir Hacıyev “Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, adətən, cəmiyyətdə yeni hazırlanan qanun layihələri barədə fikirlər səsləndirilirsə, deməli, dəyişikliyə zərurət var imiş: “Hər bir qanun qəbul ediləndə heç də hamı razı olmur. Bu da bir reallıqdır. Belə dinləmələr də ona gərtirib çıxarır ki, narazılıqlar get-gedə azalır və nəticədə yaxşı qanun ərsəyə gəlir”. 

Mənbə: report.az

Xəbərlər