Ümumi 2 Mart 2021, 12:54 | Baxış sayı: 494
Sabir Hacıyev Göyçay rayonunda şəhid ailələrini ziyarət edib.

Mart;n 2-də  Göyçay rayonunun deputatı Sabir Hacıyev kəndlərdə Vətən müharibəsinin şəhidlərinin ailələrini ziyarət edib. 

  Millət vəkili şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz qanları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini vurğulayaraq, şəhid ailələrinə səbir diləyib və onlara əlil arabaları, ərzaq sovqatı təqdim olunub.

  Şəhid ailələrinin üzvləri onlara daim qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıq edib, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər. Deputat ziyarətdə qaldırılan problemlərin aidiyyəti orqanlarla birgə həllinə çalışacağını bildirib.

 

Xəbərlər