Plenar iclaslar 4 Aprel 2023, 13:06 | Baxış sayı: 100
“Əslində Fazil bəyə atılan güllə dövlətimizə atılan güllədir”

"Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayırıq".

Demokrat.az 
xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir:

“Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir”

Xəbərlər