Plenar iclaslar 13 İyun 2023, 13:48 | Baxış sayı: 206
"Ermənistan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə qarşı vandallıq­larının bədəlini ödəməlidir"

Azərbaycandakı böyük mədəni irsimiz birdən-birə formalaşmayıb. Aşıq Alı, Aşıq Ələsgər kimi dühaların yetişməsi üçün dağıdılan İrəvan karvansaraları, məscidlərimiz, məzarlıqlardakı qoç abidə­lərimiz və s. üçün mühit, ənənə, mədəniyyət ­yara­dcılığı, sənət potensialı olmalıydı. Bir sözlə, bəlli mədə­niyyət iqlimi mövcud olmalı idi.

APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Parlamentdə keçirilən “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” ictimai dinləmə zamanı çıxışında deyib.

ündə Qərbi Azərbaycan İcmasının binasını ziyarət etməsini örnək adlandırıb.

"Bildiyiniz kimi, dövlət başçımızın Qərbi Azərbaycana qayıdışla bağlı irəli sürdüyü və bu il yanvarın 26-da elan olunaraq, ictimailəşdirilmiş müvafiq konsepsiya mövcuddur. Habelə Konstitusiyamızda, müvafiq qanunlarda, qoşulduğumuz beynəlxalq konvensiyalarda, ümumən beynəlxalq hüquq normalarında əks olunmuş müddəalar bizim söykəndiyimiz əsas hüquqi bazadır".

Qənirə Paşayeva Ümummilli Lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanını xatırladadıb:

"Heydər Əliyev imzasını daşıyan digər müvafiq sənədlər vaxtı ilə ölkə ictimaiyyətinin, beynəlxalq qurumların diqqətini Qərbi Azərbaycan mövzusuna, o cümlədən o torpaqlarda əcdadımızın yaratmış olduğu mədəni irsə yönəltmişdir. Qərbi Azərbaycandakı abidələrimizin uçotu, bərpası, qorunması və ləyaqətli, təhlükəsiz qayıdış məsələlərinin cəmiyyətimizdə aparıcı mövzuya çevrilməsi, konseptual baxışın yaranması, dövlət-xalq birliyinin mövcudluğu və ədalətin təntənəsinə sarsılmaz inam Ümummilli liderimizin irsinə dərin sayğımızın təcallasıdır".

Komitə sədri Ermənistanın 30 illik işğalçılıq siyasətinə diqqət çəkib.

"9 şəhər, 300 kəndimizi viran etmiş Ermənistan Respublikası həm bu, həm də indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə, qəbristanlıqlarımıza qarşı vandallıq­larının bədəlini ödəməli, tarix, insanlıq və hüquq qarşısında cavab verməlidir. Yəni hər kəs bilməlidir ki, qarışımızdakı terrorçuluq, işğalçılıq və vandallığı, separatçılığa dəstəyi dövlət siyasətinə çevrimiş bir “dövlət”dir və onun daşımalı olduğu məsuliyyət, cavab verməli olduğu suallar vardır".

Xəbərlər