Qanun Layihələri 23 Noyabr 2022, 16:56 | Baxış sayı: 173
“Siyasi partiyalarda qadınların təmsilçiliyi könüllü olmalıdır”

“Siyasi partiyalarda qadınların təmsil olunması məsələsi könüllü olmalıdır. Bunu süni kvotalarla yaratmaq düzgün olmazdı”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də bununla bağlı təkliflər olub:

“Bu işçi qrupda müzakirə olunarkən müəyyən beynəlxalq təcrübə nəzərə alınıb, müxtəlif ölkələrdə qadınlara aktiv siyasi proseslərə, idarəetmə sisteminə cəlb etmək üçün kvotalar qoyulub. Amma bunu siyasi partiyalara güclə tətbiq etməkdə müəyyən qüsurların ola biləcəyini əvvəldən deyə bilərik. Bunlar əlbəttə təşviq mexanizmlərinə, daha başqa addımlarla həyata keçirilməlidir. Azərbaycan cəmiyyətinin yarısını qadınlar, yarısını da kişilər təşkil edir. Parlamentdə təmsil olunanların müəyyən hissəsi qadınlardır. Hər bir siyasi qurumda müavinlərin 1/3 nisbətdə qadın olması partiyaları mexaniki prosesə qoşacaq. Əgər biz qadını cəmiyyətdəki fəallığından, təhsilindən, öz iradəsindən irəli gəlməsə bunu süni kvotalarla edə bilməyəcəyik. Qadınlarımızın gələcək ölkə həyatında hər hansı statusda iştirakında heç bir problem yoxdur. Sadəcə bunu yeni layihənin predmetinə çevirmək yalnış sayıldı və işçi qrupu bunu qəbul etmədi”.

Xəbərlər