Qanun Layihələri 24 Oktyabr 2022, 11:39 | Baxış sayı: 229
""Siyasi partiyalar haqqında” qanun layihəsi ölkə başçısının siyasi islahatlarının məntiqinə söykənir"

“Siyasi partiyalar haqqında” qanun layihəsinin zəruri amillər və digər şərtlər nəzərə alınmaqla bu sahədə qanunvericilik bazasının yaradılmasında maraqlıyıq. Qanun layihəsi konseptual siyasi sistemdə partiyaların yerinin və rolunun artırılması baxımından önəmlidir. Bütün bunlar da ölkə başçısının siyasi islahatlarının məntiqinə söykənir”.

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Siyasi partiyalar” haqqında qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

O qeyd edib ki, layihə təkmil qanun kimi təqdim olunacaq:

“Hesab edirəm ki, qanun layihəsi konseptual şəkildə müzakirədən sonra həm komitə, həm də plenar iclasa təqdim etmək olar. Yeni hazırlanan qanun layihəsi çoxsaylı siyasi partiyaların kollektiv fikirlərinə, məntiqinə söykənən kifayət qədər təkmil şəkildə bugünkü müzakirəyə təqdim olunub. Təbii ki, layihədə yer alan müddəalarla bağlı fikir ayrılıqları olacaq, bir çox məsələ süzgəcdən keçərək ortaya böyük Azərbaycanın gələcəyinə hədəflənən məqsədlərə çatmaq üçün siyasi partiyaların genişlənməsi və güclənməsini təmin edən qanun qəbul ediləcək. Odur ki, yeni qanunvericilik təşəbbüsünü müsbət qiymətləndirirəm. Milli Məclis olaraq qanun layihəsinin məsuliyyətini anlayaraq yüksək səviyyədə müzakirəyə təqdim edək”.

Mənbə: report.az

Xəbərlər