Qanun Layihələri 23 Noyabr 2022, 12:36 | Baxış sayı: 173
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında 18 maddədə 45 dəyişiklik edilib”

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında 18 maddədə 45 dəyişiklik edilib və bu hələ son deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, yeni variantda dinləmələr zamanı səsləndirilən təkliflər, habelə narazılıqlar nəzərə alınıb:

“Misal olaraq, müəyyən rəqəmlərlə bağlı hissələr demək olar ki, iki dəfə azaldılıb. Məhz bu düzəlişdə müzakirələr zamanı yaranan narahatlıq aradan qaldırılıb. Hesab edirəm ki, dəyişikliklərdən sonra yeni layihə variantı normativ aktların tələblərinə tam cavab verir”.

Xəbərlər