Siyasət 19 İyun 2023, 15:28 | Baxış sayı: 240
“Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir”

“Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir”.

Bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər, bu niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: “Sərhəddə baş verən hadisələri görürsünüz. Bu proseslər dini, irqi, milli xarakter daşımır və böyük dövlətlərin maraqlarının ifadəsidir”.

Milli Məclisin vitse-spikeri qeyd edib ki, bu gün Azərbaycan xalqı qürurla yaşayır: “Vətən müharibəsindəki tarixi qələbəmizə qədər cəmiyyətin qarşısında kişilər həmişə üzü qara idi. Himnimizi oxuyurduq ki, can verməyə, qan tökməyə hazırıq. Ancaq şəhidlərimizin ruhu pıçıldayırdı ki, nə vaxt? Bu gün xoşbəxtik ki, millətimizin millətlər, dövlətimizin dövlətlər qarşısında üzü ağdır. Hamımız əl-ələ verib ölkəmizin yeni uğurlar qazanmasına köməklik etməliyik”.

mənbə: report.az

Xəbərlər