Plenar iclaslar 5 May 2022, 12:16 | Baxış sayı: 271
"Şirnikləndirici iş elanları araşdırılmalıdır".

“Bu gün görülən işlər arasında insan alveri qurbanları üçün həyata keçirilən tədbirlər nəzərəçarpacaq dərəcədədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bəzi ölkələrdə insan alverinə qarşı nəinki mübarizə aparılmır, həm də bu, dövlət orqanları tərəfindən dəstəklənir: “Necə ola bilər ki, Azərbaycan ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında həmin ölkələrlə eyni sırada verilir?! ABŞ-ın media azadlığı ilə bağlı hesabatında da Azərbaycana qarşı bu cür mövqedən çıxış edilmişdi”.

Azay Quliyev bildirib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir: “Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda şirnikləndirici iş elanları da araşdırılmalıdır”.

Xəbərlər