KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 16:20 | Baxış sayı: 114
“Tarixi qələbəmizi əks etdirən bədii əsər yazılmayıb, filmlər çəkilməyib”

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə də bu istiqamətdən baxılmalıdır: “Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilavasitə bu işə dəstək verməli və nəticə görməliyik”.

report.az

Xəbərlər