Plenar iclaslar, Qanun Layihələri 27 May 2022, 13:14 | Baxış sayı: 236
Səhiyyə Nazirliyi transplantasiya ilə bağlı tədbirlər planı hazırlayıb

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanun parlamentin Səhiyyə komitəsində hazırlanmışdı”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu qanunla bağlı Nazirlər Kabineti tərəfindən geniş sərəncam hazırlanmışdı: “Qəbul edilən qanun artıq həyata keçirilməyə başlayır. Səhiyyə Nazirliyi çox geniş tədbirlər planı hazırlayıb. Donor bankının, bu sahədə mütəxəssislərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirilir. Bu qanun çox geniş miqyasda tətbiq olunandan sonra ölkəmizdə bu sahədə olan problemlər öz həllini tapacaq”.

Xəbərlər