Plenar iclaslar 23 İyun 2023, 15:38 | Baxış sayı: 161
“Səhiyyə Nazirliyi hiss etmir ki, dərmanların qiyməti artır, qıtlıq var?!”

“Səhiyyə Nazirliyi hiss etmir ki, son illər ölkədə mütəmadi şəkildə dərmanların qiyməti artır, qıtlıq var, əlçatan deyil?!”

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin növbədənkənar sessiyasının plenar iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Görəsən nazirlik barədə nə düşünür? Tutaq ki, dəyişiklik qəbul edildi. Bəs sonra dərmanların qiymətinin ucuzlaşması mümkün olacaq? Keyfiyyətli dərman əldə edə biləcəyik? Çünki bu gün apteklərdə keyfiyyətsiz dərmanlar satılır, hətta bildiyimə görə içərisində olan bəzi komponentlərdən istifadə də edilmir”, - deputat bildirib.

Xəbərlər