Plenar iclaslar 30 Sentyabr 2021, 16:05 | Baxış sayı: 364
“Şəhid ailələrinə kommunal xərclər üçün nəzərdə tutulan 21 manat aylıq müavinət ləğv edilib. Onun əvəzinə isə onlara verilən təqaüdün məbləği 300 manatdan 500 manata qaldırılıb".

“Şəhid ailələri və valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi gücləndirilir”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, şəhid ailələri, Qarabağ əlilləri və digər kateqoriyadan olan insanlara verilən bir qisim müavinətin məbləği Prezident təqaüdü ilə birləşdirilərək məbləği dəfələrlə artırılıb: “Şəhid ailələrinə kommunal xərclər üçün nəzərdə tutulan 21 manat aylıq müavinət ləğv edilib. Onun əvəzinə isə onlara verilən təqaüdün məbləği 300 manatdan 500 manata qaldırılıb. O cümlədən valideyn himayəsindən məhrum olmuş və valideynini itirmiş uşaqlara 2001-ci ildə qəbul olunmuş qanuna görə onların nəqliyyat xərclərini ödəmək üçün ayda 5 manatlıq müavinət növü nəzərdə tutulub. Amma 2019-cu və 2020-ci illərdə müvafiq qanunlara edilən dəyişikliyə görə, bu uşaqlar tam dövlət təminatında olmaqla valideyninin pensiya hüququ varsa, onlara aylıq əlavə 200 manat vəsait verilir. Valideynin pensiya hüququ yoxdursa, onlara 80 manat müavinət verilir. Yəni 5 manatlıq güzəşt ləğv olunur, əvəzində onlara 80 və 200 manatlıq aylıq müavinət verilir”.

Xəbərlər