Plenar iclaslar 6 İyun 2023, 14:48 | Baxış sayı: 112
"Səfirliklərimizin müdafiəsi gücləndirilməlidir"

Xaricdəki səfirliklərimizin müdafiəsi gücləndirilməlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat xaricdəki səfirliklərin təhlükəsizliyi üçün büdcədən ayrılan maliyyənin artırılmasını təklif edib: “Keçən büdcə müzakirələrində sanki ürəyimə dammışdı, bu məsələni yenə qaldırmışdım. Üstündən qısa müddət keçəndən sonra İrandakı səfirliyimizə hücum oldu. Bizi gözü götürməyən dövlətlərin təxribatlarından hələ də sığortalanmamışıq”.

Xəbərlər