Siyasət 8 Dekabr 2023, 13:40 | Baxış sayı: 129
“Seçkilərin ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir”

Cənab Prezidentin atdığı hər bir addım, nəticə etibarilə, Azərbaycana uğur gətirib, dövlətimizə, xalqımıza güc-qüvvət verib. Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış sərəncam da Prezident tərəfindən verilmiş qərar kimi müsbət qiymətləndirilməlidir”.

Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. Ölkə başçısının “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” ifadəsini xatırladan deputat bildirib ki, bu sərəncam imzalanıbsa, demək qarşıda gələcəyə hesablanmış hədəflər dayanır: 

“Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütövlüyü bərpa edilmiş Azərbaycanda baş tutacaq. Bu seçkilər suveren Azərbaycan dövlətinin bütün ərazisini əhatə edəcək. Bu, tarixi önəmi olan hadisədir. 

“Ana Vətən” Partiyası da Prezidentin bu sərəncamını yüksək dəyərləndirir. Biz qurultaya hazırlaşırıq, sərəncamın verilməsindən sonra artıq müzakirələrimiz baş tutdu. Namizədəmiz hər zamankı kimi İlham Əliyevdir. Ənənəmizə sadiq qalaraq bir daha qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürəcəyik”. 

demokrat.az

Xəbərlər