Cəmiyyət 10 Oktyabr 2023, 16:25 | Baxış sayı: 85
"Şagirdlər üçün satılan su qabında su saxladım, göbələklər əmələ gəldi"

Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Özüm bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib.

“Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımızı başqa xəstəliklərə yoluxacaq", - o deyib.
 

demokrat.az

Xəbərlər