“Ərzaq və dərman durmadan bahalaşır”
Plenar iclaslar,
Qanun Layihələri
18 Noyabr 2022, 12:48 | Baxış sayı:
206
“Azərbaycanda ərzaq mallarının və dərman vasitələrinin qiymətləri durmadan artır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
“Bunun qarşısı alınmalıdır. Hökumət bu istiqamətdə fəaliyyətini davam etdirir. Təklif edirəm ki, bu məhsulların idxalı üçün əlavə dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun. Ümidvaram ki, Azərbaycan və ümumilikdə dünya qısa müddətdə bu vəziyyətdən çıxacaq. Müvəqqəti addımlar atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq”, - deyə o, qeyd edib.