Siyasət 22 Sentyabr 2023, 15:26 | Baxış sayı: 106
“Rusiya Azərbaycanla yaxşı münasibət saxlamağa məcburdur”

Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Dövlət başçıları nəqliyyat əlaqələrinin açılması, Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması barədə razılaşıblar.

“Rusiya artıq sülh müqaviləsinin imzalanması məsələsində ədalətli mövqe tutmaq istəyir, bunda maraqlıdır. Azərbaycan ordusu 24 saat ərazində sülhməramlıların yerləşdiyi ərazidə lokal antiterror tədbirləri keçirdi. Rusiya həmişəkindən fərqli olaraq bu dəfə məsələyə müdaxilə etmədi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 



O qeyd edib ki, tarix boyu erməniləri müdafiə edən, onları yaşadıqları yerlərdən köçürüb ərazilərimizdə məskunlaşdıran Rusiya son nəticədə gördü ki, dəyişən nəsə yoxur, ermənilərin genində xəyanətkarlıq hələ də qalır: 

“Bu dəfə Rusiyaya da xəyanət etdilər. Rusiyaya düşmən münasibət bəsləyən Fransa, Avropa İttifaqı nümayəndələrini, sonda isə ABŞ hərbi kontingentini Ermənistana dəvət etdilər. Rusiya nəhayət başa düşür ki, Cənubi Qafqazda onun yeganə etibarlı müttəfiqi Azərbaycandır”. 

Deputat düşünür ki, yaxın vaxtlarda Rusiyanın iştirakı ilə yenidən üçtərəfli görüşlər baş tuta bilər:

“Ermənistan haqq yoluna çağırıla bilər. Kommunikasiya xətlərinin açılması, nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsi, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası məsələsində ədalətli mövqe nümayiş etdirə bilər. Bunu bizi sevdiyindən deyil, öz strateji maraqları üçün edir. Çünki bu gün nəinki Qərb, bütün xristian dünyası ona düşmən gözü ilə baxır. Rusiya da məcburdur, Azərbaycanla, Mərkəzi Asiya ölkələri ilə yaxşı münasibətlər saxlasın”.

demokrat.az

Xəbərlər