Cəmiyyət 21 Sentyabr 2022, 15:46 | Baxış sayı: 147
"Rəsulzadə və Elçibəy indiki Azərbaycanı görsəydilər, çox sevinər və xoşbəxt olardılar"

“Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy indiki Azərbaycanı görsəydilər, çox sevinər və xoşbəxt olardılar. Çünki bu gün Azərbaycan qalibdir və ərazi bütövlüyünü təmin edərək dünyada nüfuzlu ölkəyə çevrilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

“Hesab edirəm ki, Rəsulzadə və Elçibəy sağ olsaydılar, onlar da Azərbaycanı inkişafa və qələbəyə aparan dövlət başçımız İlham Əliyevin siyasi kursunu dəstəkləyərdilər. Amma bu gün özlərini onların “davamçı”ları adlandıranların “Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy indiki Azərbaycanı görsəydi, narazı qalardı” demələri ancaq xəyanətdən irəli gəlir. Bu sözü ifadə edənlər onların dediyi kimi, heç də Rəsulzadənin və Elçibəyin davamçıları deyillər. Onlar, sadəcə, Rəsulzadənin və Elçibəyin adından istifadə edirlər. Onların məqsədi meydana atılıb, xalq üçün həssas mövzulardan istifadə etməklə özlərini reklam etməyə çalışmaqdır. Ona görə də, heç vaxt xalqın içində dayaq qazana bilməzlər”, - deputat bildirib.

Xəbərlər