Siyasət 1 Dekabr 2022, 15:05 | Baxış sayı: 53
"Rəsmi Bakı Ermənistanla  danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir."

“Fransa Milli Assambleyasının, yəni parlamentin aşağı palatasının Azərbaycan əleyhinə  qətnaməsi o deməkdir ki, sözü gedən sərsəmləməni dəstəkləyənlər ya Makron kimi hay diasporunun təsiri altındadır, siyasi korrupsiyaya qurşanmışlardır, ya islamafob və türk düşmənidirlər, ya başqa qərəzləri, ola da bilsin mərəzləri var, ya da bizim regionda gedən proseslərdən tam xəbərsizdirlər. Mümkündür ki, çoxu burada sadalanan keyfiyyətsizliklərin hamısını, yaxud da bir neçəsini özündə daşıyır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

 

S.Alıyevin sözlərinə görə, Assambleyanın 557 üzvündən 256-nin qatıldığı dinləmədə onların  hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə Azərbaycan üçün heç kağız parçası da deyil: “Belədə kağızı qiymətdən salmış oluruq. Amma o 256 nəfər bununla bir daha təsdiqlədilər ki, rəsmi Bakı Ermənistanla  danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir. Bununla yanaşı əminəm ki, Fransa belə dayaz olduğu qədər də düşməncəsinə davranışların qarşılığında başqa "sürprizlər"lə də üzləşəcək. Gözləsinlər”.

Xəbərlər