KOMİTƏ İCLASLARI 4 İyul 2023, 15:26 | Baxış sayı: 104
"Reseptlərin həm elektron, həm kağız formasında verilməsi daha məqsədəuyğundur"

Reseptlərin elektron sənəd formasında verilməsi məsələsinin qətiyyətlə qayda kimi qoyulması əvəzinə, həm elektron, həm də kağız daşıyıcı formasında verilməsi daha məqsədəuyğundur.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov çıxışı zamanı deyib.

“Hesab edirəm ki, gələcəkdə daha rahat və sürətli formada elektron sənəd formasına keçmək olar, amma hələlik hər ikisinin qanunda adının keçməsi təqdirəlayiq olar”, - deputat əlavə edib

APA

Xəbərlər