Siyasət 21 Sentyabr 2023, 16:04 | Baxış sayı: 233
“Referendumun keçirilməsi dövlət başçısının səlahiyyətində olan məsələdir"

“Referendumun keçirilməsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Prezident İlham Əliyev ehtiyac olduğu təqdirdə referendumun keçirilməsi ilə bağlı qərar verə bilər və bütün ictimaiyyət də bundan xəbərdar olacaq”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildirib ki, parlament seçkilərinin keçirilməsi isə Konstitusiyayanın 84-cü maddəsinin 2-ci bəndinə  uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir: “Hələki fövqəladə bir hal baş verməyib və hər şey Konsitusiya ilə tənzimlənilir”. 

pravda.az

Xəbərlər