Cəmiyyət 6 Sentyabr 2022, 15:33 | Baxış sayı: 222
"Reabilitasiya mərkəzində azyaşlılara qarşı bu cür təzyiq və şiddət baş verirsə, sərt cəza mexanizmi işə salınmalıdır".

““Mehnur” özəl reabilistasiya mərkəzində azyaşlıların başına gətirilənlərdən sonra mərkəzin direktoru və işçiləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onlarla bağlı Cinayət Məcəlləssinin əzab vermə maddəsi üzrə cinayət işi başlanılıb. Sosial şəbəkələrdə də bu məsələ ilə bağlı çox ciddi müzakirələr gedir. Bəziləri deyirlər ki, direktora və işçilərə verilən cəza çox yüngüldür, daha ağır cəza verilməlidir. Eyni zamanda qeyd olunur ki, əzab vermə maddəsi ilə cinayət işi açılıbsa, 5 ilə qədər cəza verilə bilər. Bu kimi yanaşmalar var. Mənim mövqeyim isə belədir ki, istənilən halda özəl reabilitasiya mərkəzində azyaşlılara qarşı bu cür təzyiq və şiddət baş verirsə, sərt cəza mexanizmi işə salınmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Düzdür, hazırda onlar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Amma hər halda onu da unutmayaq ki, cinayət işi başlanılıb və davam edir. Hələ ki, bu cəza növü seçilib. İstisna deyil ki, qarşıda yeni faktlar, yeni təfərrüatlar üzə çıxdıqca dindirmələrdən sonra artıq prokuror tərəfindən daha sərt cəza tədbiri irəli sürülə bilər. Uşaqları qorumaq, sevmək lazımdır, onlar bizim gələcəyimizdir. Dövlətimiz uşaqlara böyük diqqət ayrırır. Ölkə Prezidentinin uşaqlara diqqət və qayğısı göz önündədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva gecə-gündüz uşaqlara dəstəklə bağlı siyasət həyata keçirir. Bütün bu reallıqlar fonunda "Mehnur" reabilistasiya mərkəzində baş verən hadisələr çox böyük təəccüb, təəssüf hissi doğurur. Hesab edirəm, artıq Cinayət Məcəlləsinin ən sərt üzü onlara münasibətdə tətbiq edilməlidir”, - deputat bildirib.

Xəbərlər