Plenar iclaslar 30 May 2023, 12:31 | Baxış sayı: 101
"Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanıb"

"Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərində türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanıb".

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Əsl demokratiya şəraitində qazanılan qələbə bütün Azərbaycan xalqını ürəkdən sevindirib. Əminik ki, Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin dinamik inkişafı qarşıdakı dövrdə yeni vüsət alacaq. Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlarının nəticələrinə şahidlik edəcəyik", - spiker vurğulayıb.

Xəbərlər