“Rayonlara dəmiryolu xətti ilə sərnişindaşımaların bərpa olunmasını təklif edirəm”.
“Rayonlara dəmiryolu xətti ilə sərnişindaşımaların bərpa olunmasını təklif edirəm”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, sərnişindaşımada hələ də rayonlararası avtobuslarla bağlı problemlər var: “Rayonlara sərnişindaşımada hələ də köhnə avtobuslardan istifadə edilir. Bu avtobuslar yenilənməlidir. Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi ilə bağlıdır. Bu, hələ də köhnə qayda ilə aparılır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir. Sürücülərin narkotik istifadə edib-etmədiyini müayinə etmirlər. Sadəcə, tibbi kağız verirlər. Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olar”.
Deputat sınaq imtahanlarının qiymətinin aşağı salınmasını da təklif edib: “Bu, valideynlər və şagirdlərin təklifidir. Sınaq imtahanlarında iştirakın qiyməti bahadır”.