Cəmiyyət 26 Yanvar 2023, 15:55 | Baxış sayı: 181
"Rayonda insanlar sahibsiz itlərə görə axşam saatlarında küçəyə çıxa bilmir"

Regionlarda sahibsiz itlərlə bağlı problem var.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Fatma Yıldırım bildirib.

Onun sözlərinə görə, Bakı küçələri və rayonlarda sahibsiz itlərin sayı çoxalmaqda davam edir: “Sahibsiz itlər insanlara zərər vurmağa başlayıblar. Küçədə qalan heyvanların özünə də qayğı lazımdır. Quduzluğa qarşı tədbirlər görülməlidir. Bərdədə bununla bağlı xeyli müraciət olub. İnsanlar axşam saatlarında küçəyə çıxmağa çəkinirlər. İnsanların təhlükəsizliyi və ekologiya üçün heyvansevər vətəndaşlarımıza sığınacaqların yaradılması ilə bağlı fürsət verməliyik. Dövlət qurumlarını da bu prosesdən ayırmamlayıq. Bu sığınacaqlara həm paytaxtda, həm də regionda ehtiyac olduğu üçün onların yaradılmasını təşviq etmək lazımdır. Türkiyə təcrübəsini burada qəbul etmək olar. Ötən il Türkiyədə sahibsiz heyvanların hüquqlarının qorunması ilə bağlı qanun qəbul edildi”.

Xəbərlər