Plenar iclaslar 21 May 2021, 17:39 | Baxış sayı: 312
Rayon və kəndlərdə şəhid ailələrinə torpaq sahələrinin verilməsi məsələsi də öz həllini tapmalıdır”.

“Şəhid ailələrinin əsas problemi şəhidlərinin adının əbədiləşdirilməsi ilə bağlıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, kənd rayonlarının kəndlərində küçələrin, demək olar, heç birinin adı yoxdur: “Şəhidlərinin adlarını həmin küçələrə verərək əbədiləşdirmək mümkündür. Bu prosesi, sadəcə, asanlaşdırmaq lazımdır. Mövcud qərara müəyyən dəyişikliklər edilməlidir. Məktəbə yanaşma ilə küçəyə yanaşma arasında fərq qoyulmalıdır. Bir kənddə 1, 2, bəzən 6 şəhid var. Küçələrə həmin şəhidlərin adı verilsə, həmin ailələr də bundan razı qalır. Bu ailələr hamısı övladının adının, xatirəsinin əbədiləşdirilməsini istəyir. Çox xahiş edirik ki, bəlkə bu prosesin rayon daxilində həlli mexanizmi tapılsın, ya da Nazirlər Kabineti bu prosesi sürətləndirsin”.

Deputat qeyd edib ki, Prezident tərəfindən verilən orden və medalların şəhid, qazi ailələrinə təqdim olunması prosesi də gecikir: “Həmçinin çətin vəziyyətdə olan şəhid və qazi ailələrinin mənzillə təmin olunacağına inanırıq. Rayon və kəndlərdə bu ailələrə torpaq sahələrinin verilməsi məsələsi də öz həllini tapmalıdır”.

Xəbərlər