"Qərbi azərbaycanlıların Xankəndidə məskunlaşması riskli addım olar"
Siyasət
4 Oktyabr 2023, 15:15 | Baxış sayı:
192
“Ermənistan və onları himayə edən beynəlxalq güclərin əlinə bizə təzyiq göstərmək üçün rıçaq vermiş olarıq”
“Azərbaycan bu gün tarixinin ən şanlı səhifələrini yaşayırıq”. Bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Qüdrət Həsənquliyev deyib.
“Vaxtilə Ermənistan əraisindən zorla köçürülmüş soydaşlarımızın Xankəndiyə köçürülməsi təmin edilməlidir. Bu gün separatçılar Qarabağdan çıxıb gedir. Çünki onların bizim xalqın gözünə baxacaq üzləri yoxdur”.
Millət vəkili Fəzail Ağamalı isə açıqlamasında deyib ki, indiki proseslər fonunda Ermənistandan zorla köçürülən azərbaycanlıların Xankəndidə məskunlaşması riskli addım olar:
“Ermənistan və onları himayə edən beynəlxalq güclərin əlinə bizə təzyiq göstərmək üçün rıçaq vermiş olarıq. Xankəndiyə ilk növbədə uzun illər orda yaşamış, erməni işğalı zamanı məcburi köçkün həyatı yaşamış sakinlər qayıtmalıdır. Daha sonra isə Xankəndi ətirafındakı kəndlərdə yaşamış azərbaycanlılar, hətta qərbi azərbaycanlılar və yaxud da digər rayonlarımızdan olan şəxslər də gedib Xankəndində məskunlaşa, şəhəri tərk edən ermənilərin satdıqları evi ala, lap elə özü torpaq alıb ev tikə bilər. Fikrimcə, azad olunan torpaqlarımıza qayıdış proqramı elə formada təşkil olunmalıdır ki, ermənilərə və bizi istəməyən qüvvələrin əlinə fürsət verməyək. Ona görə də, antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən ərazilərimizə məhz həmin yerlərdən məcburi çıxarılan ailələr köçürülməlidir”.
sherg.az