Plenar iclaslar 26 Dekabr 2023, 14:38 | Baxış sayı: 99
"Qərb neoimperializmi Azərbaycan lideri qarşısında aciz qalıb"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Qərb neoimperializminin Azərbaycan lideri İlham Əliyevin qarşısında aciz qaldığını bildirib.

O, parlamentin dekabrın 26-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, Qərb neoimperializmi Qafqazı digər bölgələr kimi qütblərin qarşıdurma bataqlığına çevirə bilmir.

Onun sözlərinə görə, ən azı elə buna görə, bu bölgənin digər hər bir sakini, Qafqazın hər bir etnosu İlham Əliyevə minnətdar olmalıdır.

"3 il əvvələ qədər qələbə barədə ən yaxşı halda düşünə və arzu edə bilərdik. Amma son aylara qədər bizim üçün xəyal olan Xankəndidə, indi şəhid övladlarının başı üzərində Müzəffər Ali baş Komandanın ucaltdığı Azərbaycan bayrağı dalğalanır", - deputat qeyd edib.

report.az

Xəbərlər