Cəmiyyət 29 Sentyabr 2023, 16:07 | Baxış sayı: 101
"Qənirə Paşayeva bütün varlığı ilə ölkəyə, vətənə təmənnasız bağlı idi"

"Qənirə Paşayeva bütün varlığı ilə ölkəyə, Vətənə təmənnasız bağlı idi".

Bunu açıqlamasında Milli Məclisin üzvü Azay Quliyev deyib.

"Dəyərli ziyalını, Azərbaycanın əsl vətənpərvər xanımını itirmək təkcə parlament üçün deyil, eləcə də xalqımız üçün böyük itkidir. Tək təsəllimiz odur ki, Qənirə xanım çox gözəl əməlləri ilə yadda qalacaq", - A.Quliyev vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

report.az

Xəbərlər