Plenar iclaslar 17 Mart 2023, 15:20 | Baxış sayı: 178
"Qazla bağlı vahid tarifə keçilməsi daha yaxşı olardı"

Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Artıq mart ayı olmasına baxmayaraq vətəndaşlar qaz limitini artıq keçiblər.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

“Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Bundan başqa, sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemi yoxdur”, - deyə Naqif Həmzəyev bildirib.

Deputat həmçinin sürücülərin sığorta xidmətinə görə məbləği almaqda çətinlik çəkdiklərini söyləyib: “Sağlamlıqla bağlı arayışların ödənişli olması narahatlıq doğurur. Arayışlar hər kəs üçün əlçatan olmaıdır”.

Xəbərlər