Siyasət 23 May 2023, 16:42 | Baxış sayı: 110
"Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu bütün dünya artıq qəbul edib"

"Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünün tanıdığını  qeyd etməsi ölkələrimiz arası sülh prosesinin yavaş-yavaş irəliləməsi kimi qeyd etmək olar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat qeyd edib ki, Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu bütün dünya artıq qəbul edib:

"Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımaqla regionda əməkdaşlıq və qonşuluq münasibətlərin yaranmasına töhfə vermiş olacaq. Qarabağda yaşayan ermənilərin təhlükəsizlik məsələsi Azərbaycanın daxili işidir və bütün təminatlar konstitusiyamıza uyğun təmin olunacaq. Burada bir mələni, Paşinyanın  öz açıqlamalarına nə qədər sadiq olduğunu yaddan çıxartmalı deyilik. Çünki, əvvəllər də Paşinyan Azərbaycanın ərazi bütövlüyüyünün tanıdığını elan edib, sonra isə sərhəddə təxribatlara əl atıb".

Millət vəkili vurğulayıb ki, əgər Paşinyan yenə də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edirsə, o zaman təxribatlaradan əl çəkməli və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir:

"Çünki sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan tərəfdən heç bir mane yoxdur. Azərbaycan özü Ermənistana sülh əlini uzadıb. Regionun gələcəyi də sülh üzərində qurulmalıdır. Müharibələr və münaqişələr əbədi davam edə bilməz və heç bir tərəfə xeyir gətirmir. Ölkələrin ərazilərinin bölünməsi də çoxdan başa çatıb və güc hesabına sərhədləri dəyişmək qeyri-mümkündür. Ermənistan bunu nə qədər tez dərk edərsə, özlərinin inkişafı və regiona inteqrasiyası üçün imkanları da bir o qədər tez əldə etmiş olar".

Xəbərlər