Siyasət 28 Noyabr 2022, 13:53 | Baxış sayı: 184
“Qarabağdakı qanunsuz silahlı dəstələr ya çıxarılmalı, ya da zərərsizləşdirilməlidir”

“Rusiya Müdafiə Nazirliyinin artıq olmayan "Dağlıq Qarabağ"dan dəm vurması, Ağdərəni Mardakert, Xocavəndi Martuni kimi təqdim etməsi təbiidir. Bir nazirliyin başında duran Ermənistana, oradan da Qarabağa ötürdükləri silah-sursata “humanitar yük” deyirsə,  sözü gedən rayonları da o cür adlandırmalıdırlar. Axı Rusiya hərbi kontingentinin heç özünün adı da əməli ilə uyuşmur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

 

S.Aliyev qeyd edib ki, o kontingent doğrudan da “sülhməramlı”dırsa, nədən hayların qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarmaq yerinə onların Azərbaycanın ordusunun mövqelərini atəşə tutmasına şərait yaradır,  oradakı hayların reinteqrasiyası üçün heç bir addım atmır, əksinə buna maneçilik törədir, Xankəndində Azərbaycan əleyhinə mitinqlər təşkil edir: “Bütün bunlar onu göstərir ki, həmin hərbi kontingentin Azərbaycanda qalma müddəti heç bir vəchlə uzadılmamalı, onların üzərlərinə götürüb yerinə yetirmədiklərini isə ordumuz etməlidir. Laçın yolu kontrol altına alınmalı, Qarabağdakı qanunsuz silahlı dəstələr ya oradan çıxarılmalı, ya da tam zərərsizləşdirilməlidir”.

Xəbərlər