Cəmiyyət 18 Aprel 2023, 13:25 | Baxış sayı: 188
““Qarabağ” FK-nın rəsmi səhifəsində Qədr gecəsi ilə bağlı paylaşım etməsi normaldır...”

“Qarabağ” Futbol Klubunun (FK) rəsmi “Facebook” səhifəsində ötən gün Qədr gecəsi ilə bağlı paylaşım etməsi ciddi müzakirəyə səbəb olub. Klubun addımı birmənalı qarşılanmayıb. İddia olunur ki, “Qarabağ” ayrı-seçkilik edir, dini mövqeyi bu cür qabartmaq, bunu Klubun rəsmi səhifəsində paylaşmaq doğru deyil.

 

Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, “Qarabağ”ın rəsmi səhifəsində Qədr gecəsi ilə bağlı paylaşım olunubsa, bu, normaldır.

 

“Yəni oruc tutmaq, Qədr gecəsində ibadət etmək, Ramazan bayramını qeyd etmək və təbrikləri işıqlandırmaq hər bir vətəndaşın azad hüququdur. Ölkəmizdəki ən böyük dəyər dinlərin bir-birini qəbul etməsi və birgəyaşayışıdır. Xristianların, yəhudilərin bayramları olanda rəsmi şəkildə təbriklər olunur. Təbrikləri paylaşmaq heç vaxt pis sayıla bilməz...”, — deputat deyib.

Xəbərlər