"Qanunlar qəbul edirik, amma onun icra mexanizmi zəifdir"
Son illər qanunla yaşı bir il azaldılmış nikaha girən qızların sayı azalır.
Bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bu sahədə işlərin daha da gücləndiriliməsinin vacibliyinə diqqət çəkib.
O qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin daha artmasına ehtiyac var: “Bizi narahat edən məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Təhlillər də göstərir ki, qadın və uşaqlar, eləcə də kişilər daha çox ailə üzvləri tərəfindən zorakılığın bu və ya digər formalarına məruz qalırlar”.
O hesab edir ki, yardım mərkəzlərinin sayının artması, müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac var: “Qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”.
sabahinfo.az