Ümumi 5 Aprel 2023, 14:49 | Baxış sayı: 94
"Qalib adam niyə intihar eləsin?"

"Osmanqızı Tv" Youtube kanalında sabiq səfir İsfəndiyar Vahabzadənin Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin ünvanına söylədiyi "Tahir Kərimli o zaman intihar etmək istəyirdi, niyə özünü öldürməyib? Mən özümü öldürmək istəyirdim, Əfqanıstanda bir nəfər gəldi dedi ki, kişinin sözü bir olar. Özünü öldürmək istəyirsə öldürər" kimi ittihamlarına T.Kərimli cavab verib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib:

 

"İsfəndiyar özü intihar etmək istədiyini deyir, özü o kişiliyi etməyib? Özü bilər!

Amma o ki, qaldı mənim intihar etmək məsələmə. 1993-cü ildə milli hakimiyyət əldən gedəndə, təhvil veriləndə İsfəndiyarın atası, mənim sevimli şairim, şəxsən də xətrini istədiyim Bəxtiyar Vahabzadədən gözləmədiyim halda ultimatum eşitdik ki, mütləq Heydər Əliyev gəlməlidir, yəni, AXC hakimiyyətdən getməlidir. Yəqin ki, Bəxtiyar Vahabzadə o cür çıxış etməsə idi, İsfəndiyar sonradan 4 ölkəyə səfir də təyin olunmazdı. İsfəndiyarın bu iqtidarda işləməsi, Əli İnsanovun müavini olması da bizim xatirimizdən çıxmır. O ki qaldı mən niyə intihar etmədim? Çünki o vaxtı sənin atan və digərləri qarışıq istəklərinə nail olmadılar. Çıxışımdan sonra Milli Məclis dağıldı və mən qalib gəldim. Qalib adam niyə intihar eləsin? Neçə gün sonra yenidən Milli Məclisi yığdılar, mənsiz Tofiq Qasımovsuz keçirdilər. Ondan sonra hakimiyyətə Heydər Əliyev gəldi. Hörmətli, Bəxtiyar müəllim istəyinə nail oldu. Onun istəyinə uyğun olaraq İsfəndiyar hakimiyyətdə təmsil olundu. İsfəndiyar bizdən narahat olmasın, keçmişini də unutmasın. Mənə elə gəlir ki, bu sözlər onun üçün kifayətdir. Heç yeri olmadığı halda mənim haqqımda danışması çox gülüncdür".

Xəbərlər