Ümumi 18 May 2023, 16:34 | Baxış sayı: 160
"Psixoloji sağlamlıq sahəsində çalışan müəssisələrdə ciddi boşluqlar var"

Ölkədə fəaliyyət göstərən müəssisələrinin hər birində psixoloji dəstəklə məşğul olan şəxslər olmalıdır.

APA xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, Səhiyyə komitəsi yaranandan və müstəqil fəaliyyətə başladığı ilk gündən əhalinin psixoloji sağlamlığı istiqamətində aparılan işlərin yetəri qədər olmadığı məlum olub:

"Psixoloji Sağlamlıq haqqında qanunu qəbul olunub və müvafiq tələblərə uyğun olaraq daim dəyişikliklər edirik. Biz bu qanunu hazırlayarkən məlum oldu ki, bu sahədə çalışan müəssisələrdə kifayət qədər kadr yoxdur, ciddi boşluqlar var".

Xəbərlər