Plenar iclaslar 27 Dekabr 2022, 12:49 | Baxış sayı: 156
“Prezidentin Qərbi Azərbaycan İcmasının binasında konseptual çıxışı yeni mücadilənin anonsudur”

“Azərbaycan Prezidenti İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışı, orada ziyalılarla görüşü, eləcə də konseptual çıxışı yeni mücadilənin anonsudur”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin dekabrın 27-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu məsələdə hər birimiz çiynimizi yükün altına verib əlimizi daşın altına salmalıyıq:

“Təklif edirəm ki, həm diplomatik fəaliyyətimizdə, həm də qanunvericilik planında bu sahədə öz işimizi görməliyik. Nə qədər ki, Qarabağ işğalda idi hamımız qarabağlı idik deyirdik. İndi isə torpaqlarımız azad olunub və hər kəs özünü Qərbi azərbaycanlı hesab etməlidir”.

Xəbərlər