Siyasət 6 İyul 2023, 16:44 | Baxış sayı: 205
“Prezidentin Qoşulmama Hərəkatı üzvləri ilə görüşündəki çıxışı Ermənistan və onun havadarlarına açıq mesajdır”

“Cənab Prezident Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bir çox fundamental məsələlərə toxundu. Prezidentin də vurğuladığı kimi Ermənistan hökuməti bu günə qədər 10 noyabr bəyannaməsinin mühüm bir bəndini icra etmir. Həmin 4-cü bənd də qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. 3 ilə yaxındır ki, müharibə bitib, lakin bu bənd hələ də icra olunmur”.
 
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qarabağda yerləşən erməni silahlılarının qanunsuz fəaliyyətinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, həmin erməni dəstələri təxribatlar törətməklə hələ də bölgədə ciddi təhlükə mənbəyi olaraq qalır:

“Prezident İlham Əliyev görüşdə vurğuladı ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur. Halbuki, bu dəhlizin mühüm strateji əhəmiyyəti var, bununla ermənistan düşdüyü blokadadan çıxa bilər. 

Təəssüf ki, sərhəd qonşumuz yenə də siyasi hoqqabazlıqla məşğuldur. Qarabağda yerləşən Rusiya sülhməramlı kontingenti də Ermənistanın bu əməllərini həyata keçirməsinə şərait yaradan addımlar atır”.
  
Elman Nəsirov bildirib ki, sülh missiyasını həyat keçirməli olan rus hərbçilərinin bu cür qeyri-adekvat yanaşması ictimaiyyətdə təəssüf doğurur.

Laçında nəzarət – buraxılış məntəqəsinin fəaliyyətin toxunan deputat qeyd edib ki, artıq Ermənistandan Qarabağdakı qanunsuz erməni birləşmələrinə silah daşımaq müşkül məsələyə çevrilib:

“Lakin Xankəndidən Qarabağdakı ayrı-ayrı ərazilərə silah-sursat daşınması və yerdəyişmələr baş verir. Bir çox hallarda isə ya Rusiya sülhməramlı qüvvələrinin kənar müşahidəçi statusunu izləyirik, ya da birbaşa himayədarlığı ilə qanunsuz hərəkətlərini görürük. 

Müvafiq nöqtələrə silah-sursat  göndərirlər ki, növbəti təxribatlara şərait yaratsınlar. Bu da nəticə etibarilə sülh prosesinə ciddi maneədir. Nə qədər ki, Qarabağda qeyri-qanuni silahlı qüvvələr var, nə qədər ki, Rusiya onlara himayədarlıq edir, regionda dayanıqlı sülhdən söhbət gedə bilməz. Baş verə biləcək bütün neqativ hallara görə Ermənistan və onun havadarları məsuliyyət daşıyacaq”

Mənbə:demokrat.az
 

Xəbərlər