Cəmiyyət 10 Oktyabr 2022, 13:54 | Baxış sayı: 152
"Prezidentin jurnalistə zarafatla “siz Sorosçusunuz” deməsinin kökündə çox mənalar dayanır"

“Praqada “Azadlıq radiosu”nun jurnalisti cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana yaxınlaşıb müsahibə götürərkən maraqlı dialoq alınıb. Prezident İlham Əliyevin jurnalistə zarafatla “siz “Sorosçu”sunuz” deməsinin kökündə çox mənalar dayanır. Yəni, baxmayaraq cənab Prezident jurnalistə zarafatla cavab verdi, amma sözün əsl mənasında “Azadlıq radiosu”nun Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə reportajlar hazırlaması radikal müxalifətə dəstəyin ifadəsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, “Azadlıq radiosu” Azərbaycanla bağlı hazırladığı əksər reportajlarında Azərbaycan dövlətinin imza atdığı uğurları görmür:

 

“Ancaq radikal müxalifətin mövqeyini müdafiə etməklə kifayətlənir. Düzdür, Azərbaycanda senzura yoxdur və mətbuat azad fəaliyyət göstərir. Dövlət başçımız da mətbuatın dostudur. Ona görə də zarafatla “siz “Sorosçusunuz”” desə də, jurnalistin bütün suallarını geniş cavablandırdı.  Hesab edirəm ki, mətbuat tərəfkeşlik etməməli və obyektiv fəaliyyət göstərməlidir”.

Xəbərlər