Siyasət 11 May 2023, 15:06 | Baxış sayı: 149
"Prezidentin Heydər Əliyevin yubileyi günündə Şuşadan müraciətinin siyasi, tarixi və mənəvi əhəmiyyəti var"

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşadan xalqa müraciət etdi. Bu müraciətin məhz Şuşadan edilməsinin siyasi, tarixi və mənəvi əhəmiyyəti var.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, dövlət başçısının müraciətində Azərbaycanın keçdiyi tarixi yola bir daha ekskursiya olundu və bu gün heç kimdən asıllı olmayan, müstəqil siyasəti yürüdən güclü Azərbaycanın olduğunu qeyd etdi: "Təbii ki, bütün uğyurlarımızın təməlində Ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Belə ki, AXC-Müsavat cütlüyünün milli xəyanəti nəticəsində Şuşa və Qarabağ torpaqları Ermənstan tərəfindən işğal olundu. Azərbaycanın ağır günündə dövlət sükanını əlinə alan Ümumimmili Lider Heydər Əliyev ermənilərin torpaqalrımızda işğal prosesini dayandırdı, əks hücum əməliyyatı ilə Füzuli rayonun Horadiz qəsəbəsi və 21 yaşayış məntəqəsi işğalçılardan azad edilərək düşməni atəşkəsə imza atamağına məcbur etdi".

Azər Badamov qeyd edib ki, Ümummilli Lider dövlətimizə rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyi və xalqın taleyini bəladan qurtararaq ölkəni sabitliyə və iinkişafa istiqamətləndirdi: "Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işağaldan azad olunaraq üçrəngli bayrağımızı yenidən Şuşada dalğalandırılması idi. Prezident İlham Əliyev Ulu Öndərin əsası qoydu strateji kurs uğurla davam etdirərək Azərbaycanı iqtisadi və siyasi müstəqilliyə qovuşdurdu. Ölkədə milli həmrəylik və birlik formalaşdı və hamı Ali Baş Komandanın Dəmir yumruğuna çevrildi . Beləliklə 8 noyabr 2020-ci ildə Müzəffər Ordumuz döyüş meydanında qalib gələrək bayrağımızı Şuşaya sancmaqla Ümummilli Lider Heydər Əliyevin arzusunu və ata nəsihətini icra etmiş oldu. Müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad olunmuş ərazilər tikinti meydançasına çevrildi. Şəhərlərin və kəndlərin Baş Planları təsdiq olunaraq təməllər atıldı. İnrastrukturun yenidən tikilməsi istiqamətində meqa layihələr icra olunur. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində çoxlu layihələrin təməlləri atıldı və açılışları edildi. 10 kəndin təməlləri qoyuldu. Şuşa şəhərində yeni küçələr açıldı, yaşayış massivləri tikilir, tarixi abidələr istifadəyə verildi. Ümumi şəkildə qeyd etmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin 100 iillik yubileyini işğaldan azad olunmuş ərazilərimiz yeni simada, azad və inkişaf edən region kimi qeyd edir. Bu gün Şuşada Xarıbülbül Beynəlxalq Musiqi Festivalının musiqi sədaları bütün Qarabağa səs salır. Xankəndindəki ermənilər Şuşadan gələn musiqi və xoşbəxt sədaları eşitdikcə mənəvi əzab çəkirlər. Bu gün Qarabağın sürətli inkişafı və rifahını görən Uılu Öndərin ruhu şaddır. Azərbaycan nə qədər olacaqsa, Heydər Əliyev yaşayacaq və Ulu Öndərin siyasi kursu Azərbaycanı daha böyük zirvələrə qaldıracaq".

Mənbə: APA

Xəbərlər