Plenar iclaslar 17 Oktyabr 2023, 14:54 | Baxış sayı: 220
"Polislərin əməkhaqqı onların xidmətinə adekvat deyil"

Polislərin əməkhaqqı onların xidmətinə adekvat deyil.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, polis orqanlarının təkmilləşməsi zamanın tələbidir: “Qanun layihəsində daxili işlər orqanlarında xidmət keçmək istəməyən bakalavrlar təhsil xərclərinin əvəzini ödəməli olacaqları əksini tapır. Bu, olduqca vacibdir. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın bizə təqdim etmiş olduğu sevincli və qürurlu günlər yaşayırıq. Bu komandanın içərisində DİN xüsusi yer tutur. O qan yuvasında, şeytan yuvasında bütün təmizlik işlərini aparan bizim polislərimiz oldu. 25 gün ərzində onlar həmin əraziləri təmizlədilər və Prezident Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımızı qaldırdı. Polislərin əməkhaqqı onların xidmətinə adekvat deyil. Ona görə cənab sədr, Sizin timsalınızda təşəbbüs göstərilsin və polis işçilərinin sosial durumu yaxşılaşdırılsın”.

APA

Xəbərlər