daxili siyasət 22 Dekabr 2022, 12:58 | Baxış sayı: 143
“Partiyamızın çoxsaylı üzvləri ilə Xankəndi aksiyasına qatılmağa hazırıq”

"Şuşa-Xankəndi yolundakı aksiya başladığı ilk gün biz partiya bəyanatını verdik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib. 

Deputat aksiyanın müdafiə sistemini yüksək qiymətləndirdiyi deyib:

"O zaman çağırış etdim ki, bu aksiyanı sona qədər davam etdirməliyik, yəni o vaxta qədər ki, artıq Azərbaycanın suveren hüquqları həmin ərazidə tanınsın və sülhməramlılar səlahiyyətlərindən kənar işlərə son qoysun. Bu, cidid bir bəyanat idi. Qeyd edim ki, ehtiyac olarsa, partiyanın çoxsaylı üzvləri ilə bu aksiyada iştirak etməyə hazırıq. Hazırda orada ictimai fəallardır. Görünən budur ki, siyasi yön verilməyə ehtiyac duyulmur. Orada ancaq ictimai fəallar, gənclərimiz, ekofəallar, ekologiya ilə məşğul olan qeyri-hökumət təşkilatlarının iştirakı məqbul hesab edilir. Məncə, bu doğru yanaşmadır. Çünki bu dinc aksiyadır, artıq hərəkata çevrilib və konkret nəticələrini verəcəkdir. Qətiyyən buna şübhə etdirəm. 

Qeyd edim ki, 1988-ci ilin noyabr-dekabr ayında Topxana meşəsində 19 günlük xalqın etirazıyla aksiya başladı və sonra bu geniş miqyas aldı, siyasi istiqamət götürdü. Sovet imperiyasının çökməsində bu xalq hərəkatı özünün ciddi rolunu oynadı. 

Düşünürəm ki, bu gündə bu gənclərimizin, ictimai fəallarımzıın ortaya qoyduğu iradə Azərbaycan xalqının bütövlükdə düşüncələrini, iradəsini özündə əks etdirir. Bu da Qarabağın ermənilər yaşayan ərazisində suverenleyimizin təmin edilməsinə öz müsbət töhfələrini verəcəkdir. Mənim buna qətiyyən şübhəm yoxdur. Ehtiyac olarsa, çox böyük məmnuniyyətlə üzvlərimizlə həmin hərəkatda iştirak edəcəyik".

Xəbərlər