"Parlamentdə atalara 14 günlük ödənişli məzuniyyət təklifi vermişik"
KOMİTƏ İCLASLARI
15 Dekabr 2022, 15:29 | Baxış sayı:
185
“Milli Məclisdə Əmək Məcəlləsinə dəyişiklik etdik və qanunvericiliklə qadağan olunan 674 peşə və iş yerini azaldaraq 204-ə endirdik”.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara aid deyil: “Yalnız hamilə və 1 yaşa qədər uşağı olan qadınlara bu dəyişikliklər şamil olundu. Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı biz də Milli Məclisdə təkliflər vermişik, reaksiya müsbətdir”.