Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 18:07 | Baxış sayı: 302
Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. 387 min insan isə işə qəbul olunub".

“Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Amma onu da qeyd edim ki, 387 min insan isə işə qəbul olunub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, işdən çıxanların bir hissəsi ola bilsin daha yaxşı işə gedib: “Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığını deyə bilməz. Belə hal olubsa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var, qurumlar var. Onlar öz hüquqlarından istifadə edə bilər”.

Komitə sədri qeyd edib ki, pandemiya dövründə 8800-dən çox iş yeri, 15 mindən çox iaşə yeri bağlanıb: “Hansı ki, iaşə yerləri də turizmlə bağlıdır. Amma daxili turizm hesabına yeni iş yerləri də açılıb. Son 3 ildə əmək müqavilələrinin bağlanması halları 30% yüksəlib. Bu da əməkhaqqı fondunun artmasına səbəb olur”.

Xəbərlər