“Özünə hörmət edən insan Leyla Yunusu və xanımı Arif Yunusu necə mədh edə bilər?"
Avropada mühacir adı ilə yaşayan və yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarına sığınan qruplaşmanın, vətən xainlərinin dünən təsis konfransını keçirdiyi qurumun adı əslində belə olmalıdır: "Şərəfsizlər klubu.” Və həmin qaraguruhçuları, milli maraqları 5 qəpiyə satmağa hazır olan anti-Azərbaycan qüvvələrini tələsik təbrik etməklə Əli Kərimli bir daha sübut etdi ki, şərəfsizin ən böyüyü, ən yekəsi elə özüdür!”.
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Hər halda məlum mənzərəyə başqa ad vermək olmur. Ən azından mən verə bilmirəm. Və ya: Özünə hörmət edən insan ermənipərəst Leyla Yunusu və onun xanımı Arif Yunusu (əri yox, məhz xanımı!) necə təbrik, necə mədh edə bilər? Özünə hörmət edən insan ailəsinin, həyat yoldaşının, uşağının gözü qarşısında küçə söyüşləri söyən birisinə necə uğurlar arzulaya bilər? Özünə, təşkilatına, əqidədaşlarına hörmət qoyan insan Əfqan adlı "bandit”ə, Mirzəli adında sümsüyə, Qabil adında psixi xəstəyə, Tural Sadıqlı adında ailəsindən xəbəri olmayan binamusa necə xoşməramlı status həsr edə bilər?
Demək ki, AXCP sədri elə onların başqa bir tayıdır. Hətta yekə tayı. Və hamısı eyni bezin qıraqlarıdır. Hamısı "marianetka”dır. Hamısı düşmən əlinə oynayan, erməniyə, Makrona azarkeşlik edən, Avropa Şurasının qərarından sonra gözlərinə işıq gələn, Şuşanın, Xankəndinin geri qaytarılmasından, suverenliyimizin bərpasından sonra isə pəjmürdə olan, yasa batan vicdansızlar, bədxahlar, siyasi qurumsaqlardır!” – deyə Partiya sədri fikirlərinə davam edib.
demokrat.az